Hamı oyundan həzz alacaq Sabah ın kapitanı

29.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Pavol Safranko Azərbaycan kubokunun "Qarabağ"la keçiriləcək final matçından öncə təşkil edilən mətbuat konfransında deyib.

Slovakiyalı hücumçu yaxşı nəticə üçün söz verib: "Hər kəsə söz verirəm, əlimizdən gələni dəcəyik ki, kuboka sahib çıxaq. Hamı oyundan həzz alacaq. Hər titul önəmlidir. Yaş ötdükcə bunu hiss edirsən. Bütün titullar mənim üçün eynidir".

Qeyd edək ki, final görüşü mayın 31-də keçiriləcək və saat 19:00-da başlayacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью