Hamı Paşinyanı satqın hesab edir! Serj Sarkisyan

05.05.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Bizim məqsədimiz Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu sabiq prezident, Respublika partiyasının sədri Serj Sarkisyan hazırkı iqtidar barədə danışarkən deyib.
Sarkisyanın sözlərinə görə, Ermənistan əhalisinin 80%-i hazırkı baş nazir Nikol Paşinyanı satqın hesab edir.
"O, nə deyirsə desin, insanların 80%-i onun satqın olduğunu deyəcək. Hakimiyyət erməni soyqırımı məsələsini arxa plana keçirib və bu, faktdır", - Sarkisyan deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью