Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Samir Mirzənin "Hamı “kıxdı”, mən mələyəm..." yazısını təqdim edir.
Bu işlərin axırı necə olacaq? – bəlkə də, ən dəbdə olan və ümidsizliyi göstərən suallarımızdan biridir.
Bu işlərin əvvəlinə qatqın, münasibətin necə oldu ki, axırını da püfləyərək deyirsən?
“Vallah, biabırçılıxdır” deyən, amma işin biabırçı tərəfini açıqlaya bilməyənlərə bənzəyir.
Deyir ki, “göydən daş düşsə, gəlib mənim başıma düşəcək”. Əlbəttə, düşəcək, çünki göydən düşən daş özünə hədəf axtarmasa belə, baxır ki, bir
Axı biz şikayətçiyik, hər daim oflamağın aşiqiyik, pis günləri, pis hadisələri yadda saxlamağı öyrəşmişik.
Yaxşı günlərimizi elə unuduruq ki, o günlərin “əşi, nəyimə lazımdır, bir daha yaşadım, onsuz da adam yerinə qoymur məni”, dediyini eşitmirik.
Uşaqlıqdan qalan xüsusiyyətimizdir, valideynlərin ağzından gül kimi sözlər çıxır, amma yaddaşa vurulmur, bir dənə pis söz çıxsın, ata-ana el-aləmdə biabır olacaq.