Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 8-də, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb. Belə ki, 90-VN-099 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmadan hərəkət edərək yoluna davam edib.
Qeyd edək ki, svetoforun siqnallarına əməl etməmək, xüsusilə də qırmızı işıqda keçmək ciddi qayda pozuntusu hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə ilə nəticələnir.
Fərid