Hamı tıxacda gözləyir, bu sürücü isə ağıllı çıxıb səki ilə getdi VİDEO

03.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaydaları kobud şəkildə pozan motosiklet sürücüsünün hərəkəti avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 15-də, paytaxtın İsa bulağı küçəsində qeydə alınıb.

Belə ki, 99-G-120 qeydiyyat nişanlı motosikletin sürücüsü tıxacda qalmamaq üçün səkiyə çıxıb. O, yüksək sürətlə səki boyunca hərəkətinə davam edib.

Yol hərəkəti qaydalarına əsasən, səkilər yalnız piyadaların hərəkəti üçün nəzərdə tutulub və nəqliyyat vasitələrinin orada hərəkət etməsi qanunsuzdur. Motosiklet sürücüsünün bu hərəkəti isə həm piyadaların həyatını riskə atıb, həm də digər sürücülərin narazılığına səbəb olub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью