“Hamı üçün çarmıxa çəkilməyə hazırıq”

02.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Hamı üçün çarmıxa

Məşhur “Oasis” qrupunun solisti və “Mançester Siti”nin azarkeşi Liam Qallaxer klubunun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsinə reaksiya verib.

Futbolpress.az xəbər verir ki, tanınmış rok ifaçısı sosial şəbəkə hesabında paylaşım edərək rəqib klubları sərt tənqid edib.

Qallaxer digər komandaların “Mançester Siti”yə qarşı qərəzli olduğunu bildirib:

“Klubların “Mançester Siti”yə yönəltdiyi bu nifrət əslində “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”a qarşı olmalıdır. Əsl korrupsioner və digər komandaların nəsə qazanmasına mane olmağa çalışanlar məhz onlardır, “Mançester Siti” yox. Biz sizə kömək etməyə çalışırıq. Biz İsa peyğəmbər kimiyik. Hamı üçün çarmıxa çəkilməyə hazırıq”.

Xatırladaq ki, sentyabrın 25-də müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda irəli sürülən 115 ittihamın 114-ü üzrə təqsirli bilib.

çəkilməyə hazırıq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью