Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Son vaxtlar əmək bazarında işlə təmin olunan şəxslərin əksəriyyəti xaricdə təhsil alanlardı
Sahibkarlar vətəndaşın bilik və bacarığından asılı olmayaraq xaricdə təhsil almasına daha çox üstünlük verirlər.
Bu da bir həqiqətdir ki, bizim ali təhsil ocaqlarımızın heç də hamısı keyfiyyətli təhsil vermir, hətta məzunlar arasında sonradan keçirilən imtahanlardan keçə bilməyənlər də var.Ancaq sahibkarlar üçün də xaricdə təhsil bir dəb halını alıb.
Xaricdə təhsil alanlar keyfiyyətli məzunlardır, yoxsa bizim universitetlərin məzunları bazarın tələblərinə cavab vermir?
Təhsil eksperti Rizvan Fikrətoğu qeyd edib ki, Azərbaycan universitetlərində verilən təhsil hələ də xaricdən qat-qat aşağıdır: "Xarici universitetlərə attestatla müraciət edənlər və distant təhsil almış şəxslərin diplomlarına ölkəmizdə üstünlük verilmir.
Bu diplomların bir qismi formal xarakter daşıyır. Ancaq dövlət proqramı və təqaüdlə Avropa ölkələrinin bir sıra universitetlərini bitirmiş ş
Bu isə həmin universitetlərdə təhsil səviyyəsinin yetərincə yüksək olması ilə bağlıdır.
Bizim universitetlərin verdiyi təhsil, sözügedən xarici universitetlərin təhsilindən olduqca aşağı səviyyədədir.
Tam oxu
Xəbəri oxu