Hamı yaşıl işığı gözləyir, bu sürücü avtobus zolağına girib qırmızıda keçdi VİDEO

24.12.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda svetoforun siqnalına məhəl qoymayan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 22-də, paytaxtın Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, 77-BP-254 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü avtobus zolağı ilə hərəkət edərək svetoforda dayanmış maşınları qırmızıda keçib.

Qeyd edək ki, avtobus zolağında hərəkət etməyə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə 4 bal 100 manat, svetoforun qırmızı işığında hərəkət etməyə görə isə, 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью