“Hamı yorulub...” Lukaşenko Ukraynaya dair proqnoz verdi

03.11.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ukraynadakı müharibə yaxın aylarda bitəcək. Bu, mənim şəxsi fikrimdir. Nə güc qalıb, nə də resurs qalıb. Hamı yorulub". 

“AzPolitika” xəbər verir ki, bunu Belarus Prerzidenti Aleksandr Lukaşenko IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib.

Prezidentin “BelTA” tərəfindən yayımlanan bəyanatında deyilir ki, tərəflərin güc və resursları tükənib.

Lukaşenko iddia edib ki, Ukrayna münaqişəsinə 2022-ci ildə bir neçə həftə və ya gün ərzində son qoymaq mümkün idi, lakin Qərb "son ukraynalıya qədər" döyüş tələb edib.

Qeyd edək ki, 3-4 noyabr tarixlərində Minskdə keçirilən sözügedən tədbirdə 50 ölkədən 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də MDB, KTMT, ATƏT, ŞƏT və digər beynəlxalq təşkilatların nümayəndələri var.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью