Hamıdan ucadır alimin yeri… | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ta qədimlərdən xalqın milli-mənəvi dəyərlərinin formalaşdırılması, təbliği, nəsildən-nəslə ötürülməsi, milli bağın yaradılması, milli yaddaşın qorunub saxlanılması zaman-zaman elm, düşüncə adamlarının taleyinə yazılıb, onların çəkdiyi yük olub.
Cəmiyyətin ziyalı adlandırdığımız bu hissəsi elminin nuru ilə xalqının, millətinin inkişaf yoluna işıq salmağı özünə mənəvi borc sayıb, qəlbinin odu ilə xalqının elm çırağını yandırıb, millətinin imzasını zəkasının nuru ilə tarix səhifəsinə yazıb.
Bu gün belə işıqlı insanlardan biri, tarix elmləri doktoru, professor, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərovdan söz açmaq istəyirəm.
70 illik yubileyində əziz müəllimim, tarixçi həmkarım, Lənkəranımızı Milli Məclisdə layiqincə təmsil edən millət vəkili, cənub bölgəsinin işıqlı insanı prof.
Anar İskəndərovdan danışmaq həm məsuliyyətli, həm də xoşdur.
Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, Anar müəllim bütün xoş sözlərə, təbriklərə layiq insandır, mənalı, şərəfli müəllim, alim ömrü yaşayır, tanınmış ictimai-siyası xadimdir, minlərlə seçicinin səsidir, xalqının tarixini elmə köçürüb söz yaddaşında yaşadan tarixçidir, söz, elm adamıdır.
Yubiley günlərində prof. A.İskəndərovun Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublika
Tam oxu
Xəbəri oxu