Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Nyu-Meksiko ştatında hamilə məhbus xidməti avtomobili ələ keçirərək həbsxanadan qaçıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 25-də Albukerke şəhərində qeydə alınıb.
26 yaşlı Rebekka Teylor həkim müayinəsindən sonra cəzaçəkmə müəssisəsinə aparılırmış. Avtomobildə onunla yanaşı daha bir məhbus və üç penitensiar xidmət əməkdaşı olub.
Fastfood restoranının qarşısında dayanarkən əməkdaşlardan biri avtomobildən düşüb. Hamilə olduğu üçün əllərinə qandal vurulmayan Teylor fürsətdən istifadə edərək arxa oturacaqdan sürücü yerinə keçib və “Dodge Journey” markalı xidməti avtomobillə qaçıb. Digər məhbus avtomobildən düşsə də, nəzarət altında qalıb.
Təxminən bir saat sonra polis hadisə yerindən bir neçə kilometr uzaqlıqda tərk edilmiş avtomobili aşkarlayıb. Yaxınlıqdan qadının narıncı rəngli məhbus geyimi və penitensiar xidmətə məxsus mobil telefon da tapılıb.
Qeyd edək ki, Rebekka Teylor avtomobil oğurluğu ilə bağlı cinayətlərə görə altı il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda qadının axtarışına bir neçə hüquq-mühafizə orqanı cəlb olunub.