525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də 22 yaşlı gənc hamilə nişamlısını xilas etmək üçün onlara hücum edən akulaya ayağını dişləməsinə şərait yaradıb.
525.az xarici KİV-ə istinaən xəbər verir ki, olay Floridadakı Deyton-Biç çimərliyində yaşanıb.
Ceykori Hay adlı gənc nişanlısı ilə qurşağa kimi suda olduğu vaxt onlara 1,2 metrlik akula hücum edib. Özünü itirməyən gənc akulanın onun ayağını dişləməsinə şərait yaradıb ki, qız sahilə çıxa bilsin. Daha sonra sanki vəhşi ilə əlbəyaxa olub. Ağır xəsarətlər alan Ceykori xəstəxanaya çatdırılıb və onun ayağında ağır əməliyyat aparılıb. Həkimlərin rəyinə əsasən xəstənin tam bərpasına azı 3 ay vaxt lazımdır.
Yeri gəlmişkən, rəsmi məumatlara əsasən, ABŞ-də hər il insanlara 40-50 akula hücumu qeydə alınır. Bunlardan cəmi 1-2-i ölümlə nəticələnir.
L.Tağıyeva