Hamilə olan 41 yaşlı qadın niyə vəfat edib? TƏFƏRRÜAT

25.11.2024

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Sumqayıtda hamilə qadın dünyasını dəyişib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Xəyalə Musayevə Sumqayıt şəhərində 4 mikrayonunda yaşadığı mənzildə ölüb.

Mərhum uzun illərdir övlad sahibi ola bilmirmiş, 2 aylıq hamilə imiş .

Məlumata görə, hadisə ötən gün axşam radələrində olub. 

Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. X.Musayevanın əvvəlcə təzyiqi düşüb, daha sonra isə vəfat edib.

İnqilab Məmmədov
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью