Hamilə olduğu üçün tacı əlindən alındı

29.08.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Miss Supranational Brazil” müsabiqəsinin qalibi və “Miss Supranational 2026” beynəlxalq gözəllik yarışmasının üçüncüsü Lara Marina tacından məhrum edilib.

Axşam.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.

20 yaşlı modelin sözlərinə görə, titul onun hamilə qalması səbəbindən əlindən alınıb. Lara yarışmadan sonra ana olacağını öyrəndiyini bildirib.

“Bu mərhələni böyük sevgi, məsuliyyət və əminliklə qəbul edirəm. Həyatımda yeni bir məna yaranması indiyə qədər əldə etdiklərimin heç birini silmir. Qadın həyatında yeni bir mərhələ başladığı üçün arzularından və karyera qurmaq istəyindən vaz keçməməlidir. Mən hələ də arzuları, planları və inkişaf etmək istəyi olan Larayam. Sadəcə, indi həyatımın yeni fəslinə başlayıram” deyə, model bildirib.

Müsabiqənin təşkilat komitəsi isə Lara Marinanın tituldan daxili yoxlamadan sonra məhrum edildiyini açıqlayıb.

“Qərar müqavilə öhdəliklərinin pozulması ilə əlaqədardır. Bu öhdəliklər titulun qorunması ilə uyğun gəlmir. Qərar müsabiqənin qaydalarına və mövcud hüquqi tələblərə uyğun şəkildə qəbul edilib” deyə, təşkilat komitəsindən bildirilib.

Qeyd edək ki, 2026-cı ildə keçirilən müsabiqəyə subay analar və boşanmış modellərin də qatılmasına icazə verilib. Bununla belə, evli braziliyalı qadınların yarışmada iştirakına qadağa qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью