Hamilə qadın Koksaki virusundan öldü

11.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Moskvada hamilə qadın virusdan ölüb.

Ölkə.az “Medicina”ya istinadən xəbər verir ki, 32 həftəlik hamilə qadının son zamanlar çox yayılan Koksaki virusundan ölməsi ehtimal edilir.

44 yaşlı qadın xəstəxanaya ciddi sarılıqla müraciət edib. Bundan öncə 5 gün qripə bənzər virusdan şikayətlənib.

Koksaki virusu baş beyin, qaraciyər, ürəyə ağırlaşma verir.

Koksaki bu payız Rusiyanın 10 regionunda yayılıb.

İnfeksionistlər koksakinin simptomlarını sadalayıb:

- Hərarət

- Qırmızı səpkilər

- Yanaq, dil, damaqda suluq

- Baş ağrısı

- Angina

- Ürəkbulanma

- titrəmə

Virus çirkli əllər, əşyalar, su, yeməklə keçir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью