Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Tovuzda 24 yaşlı qadın kafenin qarşısında bıçaqlanıb, hadisənin bəzi detalları məlum olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Qovlar şəhərində fəaliyyət göstərən kafelərdən birinin qarşısında mübahisə zəminində bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadının qardaşı, 2007-ci il təvəllüdlü Ərşad Rəşad oğlu Məmmədli olduğu bildirilir. O, şəxsi münasibətlər zəminində bacısının bel nahiyəsinə bıçaqla bir zərbə endirib.
Qeyd edək ki, hər iki şəxs Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydiyyatdadır.