Hamilə qadınlar niyə yata bilmir?

16.09.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bütün böyük insanlar üçün gün ərzində 7-9 saat yuxu rejimi normaldır. Bundan əvvəlki söhbətimizdə vurğuladığımız kimi, sağlam həyat tərzinin bir qolu sağlam qidalanmadırsa, ikinci yönü sağlam yuxudur. Sağlam yuxu rejimi hamilələr üçün çox əhəmiyyət kəsb edir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva bildirdi.

Həkim vurğuladı ki, öz-özlüyündə yuxu pozğunluqları hamiləlikdə, hamiləlik səbəbindən gözlənilir:

"Bu, böyüyən döl, bədən tarazlığının dəyişməsi səbəbindən hamilənin uyğun və rahat yatış pozisiyası tapa bilməməsi, sidik kisəsinin basılı vəziyyətdə qalması nəticəsində tez-tez yuxudan oyanması və böyüyən dölün ana bətnindəki hərəkətlərinin ananın yuxusunun pozulmasına səbəb olması ilə bağlı ola bilər. Bunlar yuxu pozğunluğuna səbəb olan amillərdir.

Bununla yanaşı, “hamiləlik dominantası” deyilən bir anlayış var. Hamilənin beynində belə bir dominanta yaranır ki, psixoloji baxımdan da şüuraltı olaraq hamilə daim hamiləliyi ilə bağlı əndişə və həyəcan hissi keçirir. Doğuşunun necə gedəcəyi, necə baş verəcəyi ilə bağlı düşüncələr də öz-özlüyündə hamilənin yuxu rejiminə təsir edə bilər".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью