Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
43 yaşlı aktrisa Enn Heteuey Nyu-York küçələrində görüntülənib.
OLAY yazır ki, hamilə olan aktrisa tamamilə qara geyim kombinasiyasına üstünlük verib. O, “L'AGENCE” brendinə məxsus lak dəridən hazırlanmış “Elle” model müllər, həmçinin “Dior” markalı qara əl çantası ilə obrazını tamamlayıb.
Bir gün sonra isə Enn Nyu-Yorkda keçirilən mətbuat konfransına gələrkən görüntülənib. Aktrisa başdan-ayağa qırmızı rəngdən ibarət olan, olduqca dəbli və diqqətçəkən geyim kombinasiyası ilə kameraların qarşısına çıxıb.