Hamiləlik səbəbilə tacından məhrum EDİLDİ

27.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Miss Supranational Braziliya” müsabiqəsinin qalibi və “Miss Supranational 2026” beynəlxalq gözəllik yarışmasının üçüncüsü Lara Marina tacından məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.

20 yaşlı modelin sözlərinə görə, o, hamilə olduğu üçün titulundan məhrum edilib. Gənc qız müsabiqədə iştirak etdikdən sonra ana olacağını öyrəndiyini bildirib.

“Bu mərhələni böyük sevgi, məsuliyyət və əminliklə qəbul edirəm. Bu, indiyə qədər əldə etdiyim heç bir nailiyyətin üzərindən xətt çəkməyəcək. Qadın həyatında yeni bir məna yarandığı üçün arzularından əl çəkməməli və karyera qurmağı dayandırmamalıdır. Mən hələ də arzuları, planları və inkişaf etmək istəyi olan Larayam. İndi isə sadəcə hekayəmin yeni fəslinə başlayıram”, - deyə o bildirib.

Müsabiqənin təşkilat komitəsi isə Lara Marinanın tituldan müsabiqənin qaydaları və onunla bağlanmış müqavilə üzrə aparılan daxili araşdırmadan sonra məhrum edildiyini açıqlayıb.

“Qərar titulun qorunması ilə uyğun gəlməyən müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar qəbul edilib və müsabiqənin keçirilməsi qaydalarına, eləcə də qüvvədə olan hüquqi tələblərə ciddi şəkildə uyğun olaraq verilib”, - deyə təşkilat komitəsindən bildirilib.

Qeyd olunur ki, 2026-cı ildən etibarən müsabiqədə subay anaların və boşanmış modellərin iştirakına icazə verilir. Bununla belə, evli braziliyalı qadınların yarışmada iştirakına qadağa qoyulub.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью