Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir. Hamiləlikdə immun sistemi zəiflədiyindən qripp daha ağır və uzunmüddətli olur.
Qrip, insandan insana yaxın təmasda hava-damcı yolu ilə keçir. Xəstəliyin sürəsi 1- 4 gündür.
Böyüklərdə simptomlar başlamadan 1 gün əvvəl və başladıqdan 5 gün sonra keçiriciliyi aktiv olur. Qrip anadan dölə keçə bilir.
Hamiləlik müddətində ürək vurğusunda, ürəyin pompaladığı qan miqdarında, oksigen tükətimində, ağciyər tutumunda və immun sistemində ortaya çıxan fizioloji dəyişikliklər qriplə bağlı ağırlaşmaların ola biləcək riskini artırır.
Hamiləliyin son həftələrində qripə tutulan hamilə qadının doğuş sonrası xəstəliyini uşağına keçirmə riski çoxdur.
Hamiləlikdə qrip peyvəndi edilə bilər. Qrip ilə bağlı ciddi ağırlaşmaların qarşısını almağın tək və effekti yolu qrip peyvəndidir.
Peyvənd vurulduqdan sonra anada əmələ gələn antitellərin bir miqdarı uşağa da keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır.
Qrip peyvəndi canlı virus olmadığından hamiləlikdə işlədilməsinin də bir əks göstərişi yoxdur.