Hamiləlik zamanı qadın orqanizmində baş verən dəyişikliklər | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Sinir və endokrin sistemləri.
Hamiləlik zamanı sinir və endokrin sistemi orqanlarının fəaliyyətindəki dəyişikliklər hamiləliyin saxlanması və normal inkişafının təmin edilməsi, həmçinin hamilə qadın orqanizminin doğuşa hazırlanmasına xidmət edir.
Bu zaman ilk növbədə baş beyinin yarımkürələrinin qabıq qatında ləngimə prosesləri artmış olur.
Buna görə də hamilə qadınlar sanki öz daxili aləminə qapılaraq, xarici mühitdəki qıcıqlara daha zəif emosinal hərəkətlərlə cavab verirlər.
Onlarda dad və qoxu hissiyyatları dəyişir, yuxululuq, ürəkbulanma, qusma, başgicəllənmələrə meyllilik, qıcolmalar, ağız şirəsi ifrazının güclənməsi müşahidə olunur.
Qıcolmalar kalsium mübadiləsini tənzimləyən qalxanvariyani vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir.
Həmən səbəbdən diş emalından kalsium elementinin yuyulması baş verir ki, bu da son nəticədə dişlərdə kariyesin artmasına gətirib çıxarır.
Buna görə də hamilə qadın mütləq öz dişlərinin vəziyyətinə daim nəzarət etməli, qəbul etdiyi qidaların çeşidində, tərkibində daha çox kalsium olan məhsulların (süd məhsulları - əsasən kəsmik və s.) miqdarını artırmalıdır.
Tam oxu
Xəbəri oxu