Hamiləlikdə əmələ gələn piqment ləkələrindən necə xilas olmalı?

14.10.2026

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəaliyyətində baş verən dəyişikliklər səbəbindən əmələ gəlir.

Bu ləkələrin əksəriyyəti uşaq dünyaya gəldikdən sonra keçib gedir. Bəzən isə piqment ləkələri qalıcı olur və bu da qadınlarda narahatlıq hissi doğurur.

Əgər sizdə də qalıcı piqment ləkələri varsa o zaman bahalı kosmetoloji vasitələrdən istfadə etməyə çalışmayın. Bacardığınız qədər düz düşən günəş şüalarından uzaq durun. Aşağıdakı maskalardan istifadə edərək piqment ləkələrindən xilas olun.

1. Kəsmiyin üzərinə bir-neçə damcı limon şirəsi əlavə edin və üzünüzə sürtün. 10-15 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun.

2. Kələmi pörtlədin və tənzifin üstünə qoyub əzin. Sonra tənziflə birlikdə üzünüzə qoyub 15-50 dəqiqə saxlayın.

3. Təzə xiyarı dilimləyin və üzünüzə qoyub 15-20 dəqiqə saxlayın.

4. Cəfərinin şirəsini sıxrın və üzünüzə sürtün. Cəfərini xırda doğrayıb az miqdar qaynar suda dəmləyin. Sonra tənzifi həmin suda isladıb üzünüzdə 15-20 dəqiqə saxlayın.

5. Sitrus bitkilərindən hər hansı birini eninə dilimləyin və 15 dəqiqə üzünüzdə saxlayın. Bu prosedurdan sonra dərinizin quruluğu artsa o zaman yumşaldıcı kremlərdən istifadə edə bilərsiniz. (Milli.Az)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью