Hamiləlikdə HEPATİT B təhlükəsi | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Hepatit B virusu nədir?
Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir.
İnfeksiyalı insanlarda virus aşkar olunur: Qanda Tüpürcəkdə Tərdə Göz yaşı mayesində Ana südündə Spermada Ötürmə yolları Anadan uşağa (antenatal,intranatal,postnatal) Cinsi yolla İnfeksiyalı qanın və ya qan preparatlarının transfuziyası zamanı Steril olmayan iynə və şprislərdən istifadə,iynə sancılması zamanı və tatuaj etdikdə.
Qadınların əksəriyyətində virusa hamiləlikdən əvvəl yoluxur.
Hamiləlik dövründə hepatit B virusunun anadan dölə yoluxması baş verir: 10% hallarda-ana hamiləliyin I trimestrində yoluxubsa 80-90% hallarda-ana hamiləliyin III trimestrində yoluxubsa.
Hepatit B xəstəliyinin klinik mənzərəsi Hepatit B virusu kəskin və xroniki infeksiya yaradır.
Virusla ilk kontakt kəskin hepatit B-nin inkişafı ilə nəticələnir.
Kəskin hepatit B virus infeksiyası müalicə tələb etmir və böyüklərin 90-95%-də spontan sağalma ilə nəticələnir.
Tam oxu
Xəbəri oxu