Hamilton Barselonada Ferrarini aşırdı FOTO KONKRET

29.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Formula 1″in britaniyalı pilotu Lyuis Hamilton Ferrari avtomobili ilə qəza törədib.

KONKRET.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.

Mənbənin məlumatına görə, insident Barselonada mövsümöncəsi sınaqlar zamanı baş verib.

Avtomobilin asması və aerodinamik kuzov elementləri zədələnib.

Qəza nəticəsində 40 yaşlı yarışçı xəsarət almayıb.

Qeyd edək ki, Hamilton yeddiqat “Formula 1” çempionudur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью