Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ferrari” pilotu Luis Hamilton amerikalı televiziya aparıcısı Kim Kardaşyanla münasibətdədir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ötən həftəsonu Kardaşyan yeddiqat “Formula - 1” çempionu ilə Kotsuoldakı lüks oteldə vaxt keçirmək üçün şəxsi təyyarə ilə Böyük Britaniyaya uçub.
Hamilton Londondan otelə helikopterlə gəlib.
Luis və Kim bir-birini 2014-cü ildən tanıyırlar. Hamilton Kardaşyanın keçmiş əri, reper Kanye Uest və Kimin ögey bacısı Kayli Cenner ilə dostluq edib.