Hamilton və Lekler diskvalifikasiya edildi

23.03.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" Çin Qran Prisindən sonra Ferrari komandasının britaniyalı pilotu Lyuis Hamiltonu diskvalifikasiya edib. 

"Unikal" xəbər verir ki, bu barədə yarış seriyasının saytında məlumat verilib.

Altıncı yeri tutan idmançının nəticəsi ləğv edilib. Bu, aşkar edilmiş texniki qaydaların pozulması səbəbindən baş verib. Ferrari səhvini etiraf edib.

Hamiltonun komanda yoldaşı Çarlz Lekler və Pyer Qasli də Çin Qran Prisindən sonra diskvalifikasiya ediliblər. Onların avtomobillərinin çəkisi icazə verilən minimum çəkidən az olub. 

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью