Hamımızın sevincidir... Deputat Xocalıda doğulan körpədən danışdı

04.02.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib. 

Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov Redaktor.az-a açıqlamasında bu hadisə ilə bağlı öz sevincini bölüşdü. O, körpəyə sağlam və xoşbəxt bir həyat arzuladı:

"Bizim Xocalı rayonunun Ballıca kəndinə köçürülən ailələrdəndir, gənc ailədir. İlk körpəsi dünyaya gəlibdir. Yəni Xocalı rayonu üzrə yeni köçürülən ailələrin içərisində doğma yurd-yuvada dünyaya gələn ilk uşaq, ilk körpədir. Allah xoşbəxt eləsin. Hamımızın sevincidir". 

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью