Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Parasetamolun yüksək dozaları bədəndə toplana və kişilərdə aktiv sperma sayını azaldan toksik təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" Londondakı Brunel Universitetinin alimlərinin işinə istinadən məlumat yayıb.
Tədqiqatlar getdikcə daha çox təsdiqləyir ki, dünyada kişilərdə sperma sayı durmadan azalır. Bir nəsildə bu rəqəm 60% azalıb.
2000-ci ilə qədər elm adamları kişilərin məhsuldarlığının ildə 1% azaldığını bildirsələr də, son vaxtlar bu göstərici iki dəfə artıb.
Britaniyalı həkimlər qeyd edirlər ki, gənc kişilər yaşlı nəslin nümayəndələrinə nisbətən demək olar ki, üç dəfə daha çox sonsuzluq problemi ilə üzləşirlər.
Bu, demoqrafiyada özünü göstərir. Brunel Universitetinin alimlərinin fikrincə, zəif kişi məhsuldarlığının təəccüblü səbəbi məşhur ağrıkəsici
Təxminən min kişi üzərində aparılan araşdırmalardan birində bütün iştirakçıların sidikdə parasetamol konsentrasiyası məqbul səviyyələri aşıb