Hamının yolunu kəsən xanım sürücü barmağını çıxarıb... VİDEO

04.02.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 2-də, paytaxtın Parlament prospektində qeydə alınıb.

Belə ki, 90-UA-313 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sol zolaqda asta sürətlə hərəkət edərək arxadan gələn sürücülərin ötməsini çətinləşdirib. Öncə sürücülərdən biri işıq siqnalı ilə yol istəyib. Lakin bunun mənasız olduğunu görərək sağdan ötməyə məcbur olub. Daha sonra görüntünü qeydə alan sürücü işıq və səs siqnalları ilə yol istəyərkən, xanım sürücü əlini bayıra çıxararaq barmağı ilə sağ tərəfdən ötməyi işarə edib.

Arxadan qeydə alınmış videodan aydın şəkildə görünür ki, xanım sürücü Mikayıl Müşfiq küçəsilə kəsişmədə sol zolaqdan sağa dönərək qaydaları yenidən pozub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью