“Hamınız bunun baş verməsini çox istəyirdiniz...” Paşinyan

10.10.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistan Azərbaycanla qarşılıqlı ticarəti qurmağa, həmçinin humanitar məsələlərin həlli də daxil olmaqla, iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməyə ümid edir”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bildirib.

"Sülh prosesi bizə inam verir ki, bu məsələlər tədricən həll olunacaq. Sülhün qurulması münasibətilə təkcə Ermənistanı və Azərbaycanı deyil, həm də MDB-nin bütün iştirakçı dövlətlərini təbrik etmək istəyirəm, çünki bilirəm ki, siz hamınız bunun baş verməsini çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır və mən bu hadisə ilə bağlı hamımızı təbrik edirəm və bütün bu müddət ərzində göstərilən dəstəyə görə MDB-dən olan həmkarlarıma minnətdarlığımı bildirirəm", - deyə Paşinyan bəyan edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью