“Hamlet” Rus Dram Teatrı səhnəsində

13.02.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Uilyam Şekspirin ölümsüz “Hamlet, Danimarka şahzadəsi” pyesi əsasında hazırlanmış “Hamlet” faciəsini səhnələşdirib.

Əsərə səhnə quruluşunu rejissor, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski verib. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır.

Tamaşada rolları Əməkdar artistlər Murad Məmmədov, Teymur Rəhimov, Salman Bayramov, Həcər Ağayeva, Mariya Dubovitskaya, teatrın digər aktyorları ifa edirlər.

Yeni tamaşanın təqdimatı martın 7-də olacaq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью