Hamlet Xanızadənin qızı: Nəsimi rolunu atamdan alıb Rasim Balyevə verdilər

03.02.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Atamı “Nəsimi” filminin kastinqinə çağırmışdılar. Kastinqdən keçmişdi. Nəsimi rolunda şəkilləri də qalıb".

Bu sözləri Əməkdar artist Hamlet Xanızadənin qızı Aygün Xanızadə Kulis.az-a müsahibəsində deyib.

O, sonradan rolun atasından alınıb Rasim Balayevə verildiyini qeyd edib:

"Heç vaxt heç kimin arxasınca danışmazdı. Haqq-ədaləti həmişə üstün tutardı. Bəzən bunlara görə çox əsəbiləşirdi. Bu xasiyyəti ona ailədə yox, ancaq evdə çox problem yaradıb. Atamı “Nəsimi” filminin kastinqinə çağırmışdılar. Kastinqdən keçmişdi. Nəsimi rolunda şəkilləri də qalıb. Çox oxşayırdı. Sonra nə oldusa o rolu atamdan alıb Rasim Balayevə verdilər".

Müsahibəni buradan oxuya bilərsiniz: https://kulis.az/xeber/media/hamlet-xanizadenin-qizi-flora-kerimova-atami-sevirdi-ancaq-bilirem-ki-musahibe-65415

Zaman keçir röyalar və əndişələr arasında... - Günün mahnısı Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi? İslam dünyasının "intiharı" - Qəzali nəyi məhv etdi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью