Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni HammAli ilk dəfə həyat yoldaşı ilə foto paylaşıb.
Axşam.az xəbər verir ki, ifaçı Emiliya ilə birlikdə olan görüntünü instaqram hesabında yayımlayıb.
HammAli xanımına mahnı həsr etdiyini bildirib. Növbəti paylaşımında isə "Həyat yoldaşımı görüşə dəvət etdim" sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün toyu bu ilin oktyabrında olub. HammAli toyda qonaqlardan xanımının görüntüsünü paylaşmamağı xahiş etmişdi.