Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Moskvada daha bir yol nəqliyyat hadisəsi baş verib.
Axşam.az xəbər verir ki, Bolşaya Doroqomilovskaya küçəsində motosikletçi aktrisa Kseniya Dobromilovanı vurub.
Hadisə motosiklet yürüşündə aktrisa şəkil çəkərkən baş verib. Motosikletçilərdən biri idarəetməni itirib və Kseniyanı vurub.
"Mash"ın məlumatına görə, hadisə yerinə gələn həkimlər ilkin müdaxilə etsə də, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kseniya Rusiyada məşhurlaşan azərbaycanlı reperlər HammAli və Nəvainin (Nəvai Bəkirov) "Müharibə qızı" mahnısının klipində rol alıb. Elə həmin gün Nəvai özü də Moskvada "Ferrari"si ilə qəza törədib. O, heç bir xəsarət almayıb.