Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən, baş nazir Han Dok Su istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, iyunun 3-də dövlət başçısı postu üçün seçkilər keçiriləcək və Han Dok Su çox güman ki, prezidentliyə namizədliyini irəli sürəcək.
Qeyd edək ki, aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok Yolun impiçmentini təsdiqləyib və onu hakimiyyətdən kənarlaşdırıb.