Hande Baladın və Onuralp Bitim ayrılıblar? Bu detal diqqət çəkdi

22.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

 

Türkiyəli voleybolçu Hande Baladınla basketbolçu Onuralp Bitimin münasibətlərini bitirdikləri iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

İddiaların ortaya çıxmasına cütlüyün sosial şəbəkədə bir-birini izləmədən çıxarması səbəb olub.

Onuralp Bitim daha əvvəl Türkiyə millisinin oyunları zamanı tribunadan Hande Baladına dəstək verirdi. Tərəflər ayrılıq iddiasına hələ açıq münasibət bildirməyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью