Hande eşq iddialarını təsdiqlədi

04.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Məşhur türkiyəli müğənni Hande Yener 5 ildir sevgi yaşadığını etiraf edib. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Hülya Avşarın yutub verilişində danışıb.

İfaçı bildirib ki, onun sevgilisi illərdir prodüseri olan Mişadır:

“Onunla 5 ildir ki, hər kəsdən uzaq sevgi yaşayırıq. Mənim mahnılarımı o hazırlayır. Həm də çox yaxın dostuq. İlk dəfədir ki, bir münasibətdə 5 ili keçdim. Mişa məni anlayır, dinləyir. Çox şanslıyam”.  

Qeyd edək ki, müğənni və prodüserinin sevgili olduğuna dair daha öncə də xəbərlər yayılsa da, tərəflərin heç birindən açıqlama gəlməmişdi. 




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью