Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə deyib.
O, HPV vaksini ilə bağlı 1 ildən çoxdur ki, ÜST və Səhiyyə Nazirliyi arasında müzakirə aparıldığını bildirib:
"Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdərir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə tələb edilir".