Hande Londonda dərs alsa da, yenə ingiliscəsi bəyənilmədi (Video)

18.11.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli aktrisa Hande Erçel bu dəfə rol aldığı layihələrlə deyil, ingilis dilindəki danışığı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ingilis dilini təkmilləşdirmək məqsədilə bir müddətdir Londonda olan sənətçi ötən axşam "Vogue Arabia"nın təşkil etdiyi tədbirdə iştirak edib. Gecə zamanı ingiliscə müsahibə verən Erçelin çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Aktrisanın tələffüzü, cümlə quruluşu və fikirlərini çatdırma tərzi bəzi izləyicilərin tənqidinə səbəb olub. Onun danışığını süni və qeyri-təbii hesab edənlər də az olmayıb.

Qeyd edək ki, Hande Erçel daha əvvəl də ingilis dili biliyinə görə sosial şəbəkələrdə tənqid olunmuşdu. Londonda dilini inkişaf etdirmək üçün təhsil almasına baxmayaraq, aktrisanın yeni müsahibəsi ətrafında oxşar müzakirələrin yaranması diqqətdən yayınmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью