Hande qarın əzələlərini göstərdi

12.06.2026

Icma.az, Olay.az saytına istinadən bildirir.

Məşhur türk aktrisa Hande Erçel şəxsi səhifəsində yeni fotosunu paylaşıb.
OLAY yazır ki, şəkil aktrisanın bir neçə mövsümdür siması olduğu türk geyim brendinin yeni yay kolleksiyasının reklam kampaniyası çərçivəsində çəkilib.

32 yaşlı türk serialları ulduzu bədənə tam oturan zərif libasda kamera qarşısına keçib. Geyimin əsas diqqətçəkən detalı qarın nahiyəsindəki xüsusi formalı kəsik olub. Bu detal aktrisanın fit görünüşünü və qarın əzələlərini ön plana çıxarıb.

Paylaşım qısa müddətdə pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью