Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəli müğənni Hande Yener uzun müddətdir üzərində çalışdığı “STAR Gene” layihəsini Niderlandın Amsterdam şəhərində təqdim edib.
Axşam.az-ın məlumatına görə, Herenstraat küçəsində fəaliyyətə başlayan layihə qalereya konsepti ilə hazırlanıb. Burada sənətçinin illər ərzində səhnədə və kliplərində istifadə etdiyi geyimlər, xüsusi dizayn parçalar, “haute couture” kolleksiyaları, eynək, çanta və ayaqqabılar satışa çıxarılıb.
Layihədə Hande Yenerin səhnə tarixindən izlər daşıyan və tək nüsxədə hazırlanan xüsusi geyimlər də yer alıb. Həmin parçalardan birini alan şəxsləri müğənninin həmin məhsula özəl yazdığı imzalı məktub da gözləyir.
“STAR Gene”də rəssam Ekin Akışın əsərləri və heykəltəraş Merve Öztemelin işləri də nümayiş olunur.
Layihənin hazırlığının təxminən bir il davam etdiyini bildirən Hande Yener burada musiqi ilə yanaşı moda və dizayna olan marağını da bir araya gətirdiyini deyib:
“Musiqi həyatımın mərkəzində olmağa davam edir, amma illərdir məni qidalandıran başqa bir həvəsim də var – moda, dizayn və istehsal. “STAR Gene” uzun müddətdir xəyalını qurduğum bir layihə idi. Təxminən bir il ərzində böyük bir komanda ilə hazırlaşdıq. Buranın yalnız alış-veriş edilən məkan olmasını istəmədik. İnsanların ilham alacağı, kəşf edəcəyi və hər gəlişində yeni hekayə ilə qarşılaşacağı canlı bir məkan yaratmağı hədəflədik”.