Haniyənin ölümü ilə bağlı yeni faktlar HƏMAS bu iddiaları rədd etdi

30.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində qətlə yetirilən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı yeni faktlar açıqlanıb.

Publika.az xəbər verir ki, HƏMAS Haniyənin qaldığı otağa qoyulan bomba nəticəsində öldürüldüyü iddialarını təkzib edib.

Bildirilib ki, HƏMAS və İran təhlükəsizlik qüvvələrinin birgə apardığı araşdırma nəticəsində, sui-qəsdin Haniyənin mobil telefon siqnalını birbaşa hədəfə alan 7,5 kiloqramlıq idarə olunan raketlə həyata keçirildiyi müəyyən edilib.

Qeyd edək ki, İsraildə yayımlanan “Kanal 12” televiziyası, İsrail Xarici Kəşfiyyat Təşkilatı "Mossad"ın Haniyəni Tehranda qaldığı otağa yerləşdirdiyi "dəqiq bomba" ilə öldürdüyünü iddia etmişdi.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью