Hanoyda kafedə baş verən yanğın 11 nəfərin ölümünə səbəb olub AZƏRTAC

19.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Vyetnamın paytaxtı Hanoy şəhərində üçmərtəbəli kafedə baş verən yanğında 11 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Vyetnam Xəbər Agentliyi (VNA) məlumat yayıb. Bildirilib ki, polis yanğını qəsdən törətməkdə şübhəli bilinən 51 yaşlı kişini həbs edib.

Polisin məlumatına görə, şübhəli şəxs işçilərlə mübahisədən sonra kafenin birinci mərtəbəsində benzin istifadə edərək yanğın törətdiyini etiraf edib.

Yanğınsöndürənlər daha yeddi nəfəri xilas edə bilib, onlardan beşinin vəziyyəti kafidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью