Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
"Report" "OptaFranz"a istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Bakıda "Sabah"a qalib gəldiyi UEFA Çempionlar Liqasının oyununda qeydə alınıb.
61 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandaların turnirdə vurduğu qolların sayını 150-yə yüksəldərək, buna bütün həmkarlarından daha qısa müddətdə nail olub.
Hans-Diter Flik bunu cəmi 49 oyunda bacarıb. Əvvəlki rekord "Barselona", "Bavariya" (Almaniya) və "Mançester Siti"nin (İngiltərə) sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsus idi. Onun komandaları 150 qol həddinə 65 qarşılaşmada çatmışdı.
Flik 2019-2021-ci illərdə "Bavariya" komandasında da işləyib. Almaniya nəhəngi onun rəhbərliyi altında 2020-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, "Barselona" Liqa mərhələsinin V turunda "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin