Hans Flik: “Sabah”ın itirəcəyi heç nə yox idi”

26.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah” üzərində qazanılan qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında Azərbaycan çempionuna qarşı mübarizənin asan olmadığını vurğulayıb.

“Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, “Sabah”ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi”, - deyə Flik bildirib.

Baş məşqçi nəticədən razı qalsa da, futbolçularının yol verdikləri səhvləri tənqid edib.

“Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq”.

Flik komandasının ikinci hissənin əvvəlində yüksək intensivlik nümayiş etdirməsini və qısa müddətdə ardıcıl üç qol vurmasını isə müsbət qiymətləndirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью