HansDiter Flik Barselona tərk edə bilər, əgər...

03.12.2024

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kataloniya "Barselona"sının baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda klubu tərk edə bilər.

SİA xəbər verir ki, bu barədə “Todofichajes” portalının səhifələrində məlumat verilib.

Mənbənin sözlərinə görə, bu, “mavi qranatlar”ın 2024/2025 mövsümünü kuboksuz başa vuracağı təqdirdə bu baş verə bilər.

Xatırladaq ki, 59 yaşlı alman mütəxəssis 2024-cü ilin yayında Kataloniya yığmasının baş məşqçisi postunu tutub.

İspaniya çempionatının 15 turundan sonra "Barselona" 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Kataloniya komandası ikinci pillədə qərarlaşan "Real Madrid"i bir xal qabaqlayır.

Qeyd edək ki, “kral” klubu bir oyun az keçirib.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью