HansDiter Flik Barselonadan ayrılacaq

04.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona" klubu təcrübəli baş məşqçisi Hans-Diter Fliklə yolları ayıra bilər.

Oxu.Az "Euro-football"a istinadən xəbər verir ki, "Barselona" klubu 2024/2025 mövsümünü kuboksuz başa vuracağı təqdirdə baş məşqçi ilə yolları ayıracaq.

Xatırladaq ki, 59 yaşlı alman mütəxəssis 2024-cü ilin yayından "Barselona" klubunun baş məşqçisi postunu tutub.

Qeyd edək ki, İspaniya çempionatının 15 turundan sonra "Barselona" 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Kataloniyalılar" ikinci yerdə qərarlaşan "Real Madrid"i bir xal qabaqlayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью