Hansı daha faydalıdır: tərəvəzlər yoxsa meyvələr? Yeni araşdırma | Icma.az
Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İndiyə qədər diyetoloqlar hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirdilər.
Lakin son araşdırmalar bu tövsiyəyə müəyyən dəyişikliklər əlavə edib.
İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, tərəvəzlər meyvələrdən daha faydalıdır, meyvələrin isə müəyyən mənfi tərəfləri var.
Bu səbəbdən diyetoloqlar gün ərzində 3 porsiya tərəvəz + 2 porsiya meyvə və hətta 4 porsiya tərəvəz + 1 porsiya meyvə yeməyi tövsiyə edirlər.
Həkimlərin fikrinə görə, meyvələrin çoxlu miqdarda qəbulu qanda lipidlərin artmasına səbəb olur ki, bu da aterosklerozun riskini artırır.
Tərəvəzlərdən fərqli olaraq meyvələr toxluq hissi yaratmır, əksinə iştahanı artırır. Bu isə artıq çəkinin yığılmasına səbəb ola bilər.
Tərəvəzlər əksinə arıqlamağa kömək edir. Bundan əlavə meyvələrin çoxlu miqdarda qəbulu arterial təzyiqin artmasına səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu