Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təhsilin keyfiyyətinin artırılması, şagirdlərin daha əlverişli tədris mühitində təhsil almasının təmin edilməsi və mövcud resurslardan səmərəli istifadə məqsədilə ölkədə məktəblərin rasionallaşdırılması prosesi həyata keçirilir.
Bu çərçivədə şagird sayı az olan təhsil müəssisələrinin yaxınlıqdakı məktəblərlə birləşdirilməsi nəzərdə tutulur. Belə ki, 2025-ci ildə 130-a yaxın məktəbin rasionallaşdırılmasının planlaşdırıldığı açıqlanmışdı.
Bəs yeni tədris ilində ölkə üzrə hansı məktəblərin birləşdirilməsi nəzərdə tutulur?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Cebheinfo.az"-a bildirilib ki, məktəb şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində növbəti təhlillər aparılır:
"Ümumi təhsil müəssisələri şəbəkəsində rasionallaşdırma tədbirləri təhsilin keyfiyyətinin artırılması, şagirdlərin daha əlverişli tədris mühitinə çıxışının təmin edilməsi, pedaqoji kadr təminatının yaxşılaşdırılması və mövcud resurslardan daha səmərəli istifadə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir.
Cari il üzrə də ümumi təhsil müəssisələrinin vəziyyəti kompleks şəkildə təhlil olunur. Rasionallaşdırma tədbirləri ilə bağlı yekun qərarlar qəbul edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin