Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu geridə qoydu

30.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik La Liqada yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, İspaniya çempionatının 14-cü turunda səfərdə “Deportivo”nu 5:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin rəhbərliyi altında La Liqada 90-cı qarşılaşmasını keçirib.

Flik İspaniya çempionatında ilk 90 oyunda ən çox qələbə qazanan baş məşqçi olub. O, 72 qələbə ilə əvvəlki rekordu bölüşən Xosep Qvardiola və Joze Mourinyonu geridə qoyub. Hər iki mütəxəssis ilk 90 qarşılaşmada 70 qələbə qazanıb.

“Deportivo” ilə görüşdən sonra DAZN-a açıqlama verən Flik komandasının çıxışını qiymətləndirib:

“İlk dəqiqələrdən fəal oynamağın vacibliyindən danışmışdıq. Açığı, qol buraxdıqdan sonra bir neçə dəqiqə oyuna nəzarəti itirdik”.

Almaniyalı mütəxəssis komandasının hücum quruculuğundan razı qaldığını da vurğulayıb:

“Meydanın müəyyən hissələrində daha diqqətli və nizamlı oynamalıyıq. Topu hərəkətdə saxlamalı və rəqibi də yerini dəyişməyə məcbur etməliyik. Üçüncü qol zamanı bunu xüsusilə yaxşı bacardıq. Futbolçuların oyunundan çox razıyam”.

Flik stadiondakı atmosferə və komandasının müdafiədə yol verdiyi səhvlərə də toxunub:

“Möhtəşəm atmosferi olan möhtəşəm stadiondur. Əla oyun keçirmək istəyirdik. Qol buraxdığımız epizod kimi vəziyyətlərdə daha yaxşı müdafiə olunmalıyıq. Lakin bu qol Çempionlar Liqasında buraxdığımız qoldan tamamilə fərqlənir”.

Qeyd edək ki, “Deportivo” ilə qarşılaşmada Rafinya Dias het-trik edib, Lamin Yamal və Dani Olmo isə hərəyə bir qol vurublar.

2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edən Hansi Flikin komandası hazırda 39 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью